İsrailin sentyabrın sonunda “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra azı 469 min insan Livanı tərk edib.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.
Sənəddə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, 25 min livanlının İraqa gəldiyi bildirilib.