BMT İsrailin Beyruta hava hücumundan narahatlığını ifadə edib

BMT İsrailin Beyruta hava hücumundan narahatlığını ifadə edib

BMT İsrailin Beyruta hava hücumundan narahatlığını ifadə edib.

Birləşmiş Millətlər Təşkilatı İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan son dərəcə narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Biz İsrailin Livanla sərhədində vəziyyətin gərginləşməsindən, o cümlədən bu gün Beyruta edilən hücumdan son dərəcə narahatıq. Biz bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq, hər kəs maksimum təmkinli davranmalıdır”, - BMT rəsmisi qeyd edib.

Düjarrik əlavə edib ki, dünya təşkilatı həmçinin regionda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır.

Xəbəri paylaş

VİDEOLAR