BMT İsraili qınadı: Bu, ədalətsiz hücumdur!

BMT İsraili qınadı: Bu, ədalətsiz hücumdur!

Bir sıra fələstinli qruplar və qeyri-hökumət təşkilatlarının (QHT) İsrail tərəfindən “terror təşkilatı” siyahısına daxil edilməsi vətəndaş cəmiyyəti təşkilatlarına qarşı ədalətsiz hücumdur.

Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, bu barədə BMT-in insan haqları üzrə ali komissarı Mişel Baçelet bəyan edib.

Onun sözlərinə görə, İsrailin “terror təşkilatları” siyahısına daxil edilən təşkilatlar işğal altındakı Fələstin torpaqlarındakı ən hörmətli hüquq-müdafiə strukturlarındandır və onillərdir ki, BMT ilə əməkdaşlıq edir.

Baçelet bildirib ki, İsrailin qərarı hüquq-müdafiəçiləri, QHT, Fələstində təşkilatların qurulmasına və fikrin ifadəsinə hücumdan başqa bir şey deyil.

BMT rəsmisi sözügedən siyahıya daxil edilmiş 6 hüquq-müdafiə təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və İsraili həmin qərarı dərhal ləğv etməyə səsləyib.

BMT-də və ya istənilən digər beynəlxalq strukturda öz haqlarının müdafiəsi terror aktı deyil. İşğal edilmiş Fələstin torpaqlarında qadınların haqlarının müdafiəsi terrorçuluq deyil, eynilə saxlanılan fələstinlilərə göstərilmiş hüquqi yardım da terrorçuluq deyil”, - deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR