BMT: İsrail Qəzzaya yardımın çatdırılmasına mane olur

BMT: İsrail Qəzzaya yardımın çatdırılmasına mane olur

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bəyan edib ki, İsrail yardımın Qəzza zolağına daxil olmasına mane olur.

Az.rasthaber.org xəbər verir ki, Qəzzadakı vəziyyətdən danışan Lazzarini, Misir hökumətinə yaxın olan əl-Qahirə əl-İxbariyyə kanalına verdiyi açıqlamada bildirib:

 “Misir tərəfi hadisələr başlayandan bəri bir gün belə Rəfah Sərhəd Qapısını bağlamadı. Qəzza zolağına yardımın çatdırılmasını pozan və qarşısını alan qarşı tərəfdir (İsrail).

İsrailin ayrı-seçkilik etmədən hücumlarına diqqət çəkən Lazzarini, "Dünya İsrailin ölüm maşınının günahsızları qırdığına şahid oldu", -deyə qeyd edib.

Qəzzanın Səhiyyə Nazirliyinin dünən verdiyi yazılı açıqlamada sionist rejimin Qəzzə zolağına 100 gündür davam edən hücumları barədə məlumat verilib.

Açıqlamada işğalçı rejimin Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 23 min 968-ə, yaralıların sayının isə 60 min 582-yə yüksəldiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR