BMT İsrailə Qüdslə bağlı şərt qoydu

BMT İsrailə Qüdslə bağlı şərt qoydu

Birləşmiş Millətlər Təşkilatı, işğalçı rejimin BMT-nin Nyu-Yorkdakı baş qərargahında sərgi təşkil etmək tələbini Qüdsün İsrailin paytaxtı kimi qeyd edilməməsi şərti ilə cavablandırıb.

Məlumata görə, “Knesset 70 illik yubileyini qeyd edir - Parlament (Knesset) İsrail cəmiyyətini formalaşdırır” adlı sərgi bundan əvvəl 2019-cu ildə işğal olunmuş ərazilərdəki Ben Qurion hava limanında keçirilmişdir.
Kanal 12-nin məlumatına görə, rejimin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndə heyəti sərginin BMT-nin mənzil-qərargahında keçirilməsini istəyib, lakin BMT bir sıra nüansların sərgidən çıxarılmasını, o cümlədən konstitusiyadan bir maddənin ləğv olunmasını şərt qoyub. 1980-ci ildə təsdiq edilmiş konstitusiya əsasən işğalçı rejim Qüdsü İsrailin yeganə tam paytaxtı kimi tanıyır.
Birləşmiş Millətlər Təşkilatı İsrail nümayəndə heyətinə müraciət edərək deyib: “Baş Assambleyanın və müvafiq Təhlükəsizlik Şurasının qərarlarına əsasən, Qüdsün konstitusiyaya görə İsrailin paytaxtı olduğunu bildirən 43 nömrəli şəkli silin, çünki biz bunu etibarsız hesab edirik.”
BMT həmçinin əlavə edib: “Bu, həssas məsələdir və verilən məlumatlar beynəlxalq hüquqa ziddir.”

Xəbəri paylaş

VİDEOLAR