BMT sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Qverin işğal olunmuş Qüds şəhərində Məscidül-Əqsa daxilində sinaqoq tikintisi ilə bağlı son açıqlamasını pisləyib və bu sözlərin “gərginliyi” artırdığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında jurnalistlərə deyib:
"Demək olar ki, bu cür açıqlamalar çox əks nəticə verir və onsuz da çox gərgin olan vəziyyətin daha da gərginləşməsi təhlükəsini artırır".
Qüdsdəki müqəddəs yerlərin vəziyyətinin həssaslığını vurğulayan Dujarrik deyib: "Qüdsdə hər iki tərəfin hörmətlə yanaşmalı olduğu müqəddəs yerlərin razılaşdırılmış statusu var".