BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Francis cümə axşamı mətbuat üçün brifinqdə Əfqanıstan hakimiyyətini qadın və qızların təhsil almasını qadağan etmək qərarına yenidən baxmağa çağırıb.

Az.rasthaber.com APA-ya istinadla xəbər verir ki, D.Francis, “əfqan qadınları və qızları da kişilər kimi ayrılmaz insan hüquqlarına malikdirlər, onlara riayət edilməli və hörmət olunmalıdır” - deyə bildirib.

D.Francis deyib: "Mən Əfqanıstan hakimiyyətini bu siyasətə yenidən baxmağa və qızların məktəbə getməsinə, təhsil almasına icazə verməyə çağırmaq istərdim ki, onlar öz icmalarının və cəmiyyətin inkişafında rol oynaya bilsinlər”.

O qeyd edib ki, Əfqanıstan dünyada qızların təhsil almaq imkanı olmayan yeganə ölkədir.

Xəbəri paylaş

VİDEOLAR