Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin keçən ay həyata keçirdiyi 11 günlük hava hücumlarından sonra Fələstinlilər üçün 164 milyon dollarlıq humanitar yardıma zərurət olduğunu bildirib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, BMT Baş Katibinin sözçüsü Stephane Dujarrec gündəlik mətbuat konfransında bu barədə danışıb: “Bugünkü çağırış Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahili və Qəzzadakı fələstinli qaçqınların ehtiyacları başda olmaqla UNRWA-nın Qəzza və İordan çayının qərb sahilində Mayın 10-31-i tarixləri arasında həyata keçirdiyi təcili müdaxilə tədbirləri də əhatə edir”.
Sözçü, son qarşıdurmanın Qəzza xalqı və Fələstinli qaçqınlar üçün dağıdıcı təsir göstərdiyinə diqqət çəkib və məruz qaldıqları bu travmanın təsirinin davam edəcəyini sözlərinə əlavə edib.
Xatırladaq ki, İsrailin mühasirəsi altındakı Qəzza zolağına 10 Mayda başlatdığı hücumlar, Həmas ilə əldə edilən atəşkəs nəticəsində 21 Mayda sona çatdı. İsrailin Qəzzaya hücumları nəticəsində 66-sı uşaq və 39-u qadın olmaqla 254 fələstinli həyatını itirdi, 1948 nəfər yaralandı, minlərlə bina dağıdıldı və ya yararsız hala gətirildi.