BMT-dən SOS: Fələstinə təcili humanitar yardım çatdırılmalıdır

BMT-dən SOS: Fələstinə təcili  humanitar yardım çatdırılmalıdır

Yarıma ehtiyacı olan fələstinlilərin 65 faizi qida çatışmazlığından əziyyət çəkir

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin Fələstin üzrə Koordinatoru Ceymi McGoldrick təşkil etdiyi mətbuat konfransında işğal altındakı Fələstin əraziləri və Qəzzadakı humanitar vəziyyətə dair məlumat yayıb. Fələstin ərazilərində 2.4 milyon insanın humanitar yardıma möhtac insanın yaşadığını təcili yardım çatdırmaq üçün 350 milyon dollara zərurət olduğunu bildirib və əks təqdirdə vəziyyətin daha da pisləşəcəyinə diqqət çəkib.

11 dekabrda Fələstin Baş naziri Məhəmməd İştiyyə ilə Ramallahda bir araya gələrək məsələni müzakirə etdiklərinə diqqət çəkən koordinator, yardıma möhtac olan fələstinlilərin 65 faizinin qida çatışmazlığından əziyyət çəkdiyini söyləyib.

Xəbəri paylaş

VİDEOLAR