BMT-dən müqavimət komandirlərinin terror edilməsini pisləyən bəyanat

BMT-dən müqavimət komandirlərinin terror edilməsini pisləyən bəyanat

HƏMAS-ın siyasi ofisinin mərhum rəhbəri şəhid İsmayıl Haniyənin terror edilməsindən sonra BMT-nin bir sıra insan haqları üzrə xüsusi məruzəçiləri kollektiv bəyanat yayaraq bu hadisəni pisləyiblər.

Az.rasthaber.com xəbər verir ki, İnsan haqları üzrə 12 xüsusi məruzəçinin imzaladığı bu bəyanatda Yaxın Şərqdə zorakılığın artması və HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri və Fələstin dövlətinin keçmiş baş naziri mərhum şəhid İsmayıl Həniyənin İranda terror edilməsi ilə bağlı narahatlıq ifadə olunub.

 

 Bu xüsusi insan haqları məruzəçiləri sionist rejimin Livanda Fuad Şükr və Tehranda İsmayıl Həniyə kimi şəxsiyyətlərin terror edilməsindəki hərəkətlərini mühakimə olmadan qətl və adam öldürmə cinayətinə bərabər tutaraq, bütün hökumətlərə insanların yaşamaq hüququnun, o cümlədən öz hüdudlarından kənarda hərbi əməliyyatlar vasitəsilə cinayətkar pozuntulara yol vermələrinin qadağan edilməsini xatırladıb və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinin pozulması adlandırıblar.

Xəbəri paylaş

VİDEOLAR