BMT-dən Fələstində insan haqları müdafiəçilərinin hədəf alınmasına REAKSİYA

BMT-dən Fələstində insan haqları müdafiəçilərinin hədəf alınmasına REAKSİYA

Birləşmiş Millətlər Təşkilatı (BMT) sionist İsrail qüvvələrinin Fələstində insan haqları müdafiəçilərini hədəf almasına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının 51-ci Sessiyasının açılışında çıxış edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Nada əl-Naşi Rusiya-Ukrayna müharibəsi və Fələstində insan haqlarının pozulmasına toxunub.

Əl Naşi Fələstində insan haqları müdafiəçilərinin hədəfə alınmasından və avqustun 18-də Ramallahda 7 fələstinli insan haqları təşkilatının özbaşına bağlanmasından narahatlığını ifadə edib.

İşğal olunmuş Fələstin ərazilərində çalışan Komissarlıq əməkdaşlarının vizalarının yenilənməməsini də tənqid edən Əl Naşi Təl-Əvivin bu təcrübəsini “insan hüquqlarına çıxışı daha da qadağan etmək” kimi qiymətləndirib.

Xəbəri paylaş

VİDEOLAR