BMT-də islamofobiya ilə mübarizəyə aid mərasim keçiriləcək

BMT-də islamofobiya ilə mübarizəyə aid mərasim keçiriləcək

BMT Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə və tolerantlıq mədəniyyətinin təbliği məqsədilə mərasimi keçirəcək.

Az.rasthaber.com xəbər verir ki, BMT çərşənbə günü Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə mərasimi keçirəcək.

BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən, 15 mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günüdür və bu münasibətlə dünyanın 140 ölkəsində mərasim keçirilir.

2022-ci il martın 15-də Birləşmiş Millətlər Təşkilatı İslam Əməkdaşlıq Təşkilatı adından Pakistanın təqdim etdiyi qətnaməni Beynəlxalq İslamofobiyaya Qarşı Gün kimi yekdilliklə təsdiq edib.

BMT-nin informasiya bazasının elanına görə, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 60 ölkə BMT-nin Baş Assambleyasının qətnaməsini qəbul edib. Qətnamədə isə vurğulanır ki, terrorizm və zorakı ekstremizm heç bir dinə, milliyyətə, sivilizasiyaya, etnik qrupa aid ola bilməz və olmamalıdır.

Xəbəri paylaş

VİDEOLAR