BMT: Bir həftə ərzində Qəzzada 161 mindən çox insan didərgin düşüb

BMT: Bir həftə ərzində Qəzzada 161 mindən çox insan didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatı sionist İsrailin Qəzzada hərbi əməliyyatları nəticəsində son 7 gündə on minlərlə mülki vətəndaşın evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) yalnız son bir həftədə Qəzza zolağında davam edən intensiv bombardmanlar və hərbi hərəkatlar səbəbindən 161 mindən çox insanın didərgin düşdüyünü açıqlayıb. OCHA-nın açıqlamasında mülki şəxslərin təhlükəsiz ərazilərə çatmaqda böyük çətinlik çəkdiyi və infrastrukturun ciddi şəkildə zədələndiyi bildirilib.

OCHA-nın Qəzzadakı humanitar vəziyyətlə bağlı hesabatında qatil İsrail ordusu tərəfindən bölgənin artan işğalı və fələstinlilərin məcburi köçkünləşməsi vurğulanıb.

Bölgədə artan məcburi köçə diqqət çəkən hesabatda son bir həftədə Qəzzada məcburi köçkün edilən fələstinlilərin sayının 161 mindən çox olduğu bildirilib.

OCHA-nın hesabatı həmçinin Qəzzada sionist İsrailin işğalı altında olan və ya məcburi köçlə nəticələnən “evakuasiya əmrləri” altında olan ərazilərin xəritəsini dərc edib.

Sözügedən xəritəyə görə, soyqırım İsrail işğalı altında olan və ya fələstinlilərin “evakuasiya əmri” ilə evlərini tərk etmək məcburiyyətində qaldıqları ərazilərin nisbəti Qəzza torpaqlarının 81 faizinə uyğun gəlir.

Bu o deməkdir ki, Qəzzada əhalinin əksəriyyəti bölgə ərazisinin 19 faizinə bərabər dar bir əraziyə sıxışdırılıb.

Mayın 18-də qatil İsrail ordusu Qəzzanın işğalını daimi etmək üçün quru hücumunu genişləndirdi. İşğaldan əlavə, İsrail ordusu az qala hər gün verdiyi “evakuasiya əmrləri” ilə Qəzzadakı fələstinliləri qaçmağa məcbur edir.

Sionist İsrailin hücumları səbəbindən Qəzza əhalisi 7 oktyabr 2023-cü ildən bəri dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb və köçkün olmağa davam edir.

Netanyahu ötən gün bütün Qəzzanı işğal etməyi hədəflədiklərini bildirib.

Xəbəri paylaş

VİDEOLAR