Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrail ordusunun Rəfah şəhərində fələstinlilərin sığındığı düşərgəni hәdәf almasına reaksiya verdi.
Az.rasthaber.com xəbər verir ki, rәsmi ‘‘X’’ internet sәhifәsindә paylaşım edәn Antonio Quterreş Qəzzada təhlükəsiz yerin olmadığını vurğulayıb. Antonio Quterreş İsrailin hücumu nəticəsində günahsız mülki vәtәndaşların həlak olduğunu ifadә edәrәk: ‘‘Bu dәhşәtә son qoyulmalıdır’’ deyib.
Xatırladaq ki, İsrail mayın 26-da Rәfah şәhәrindә yürd-yuvalarından didәrgin düşmüş fәlәstinlilәrin sığındığı çadırlara hücum edib, nәticәdә 45 fәlәstinli hәyatını itirib.
Şahidlər deyib: "İsrail ordusunun bombardmanı düşərgədəki bir çox çadırın dağılmasına və yanmasına səbəb olub. Bu düşərgə İsrail ordusunun boşaldılmasını istədiyi bölgədə yerləşmir''.
Şahidlər İsrail döyüş təyyarələrinin düşərgəyə azı 8 raketlə hücum etdiyini bildiriblər.