BMT Baş katibi: Rəisi çətin bir zamanda İrana rəhbərlik etdi

BMT Baş katibi: Rəisi çətin bir zamanda İrana rəhbərlik etdi

BMT Baş katibi Antonio Quterreş İran Prezidenti, Xarici İşlər naziri və onlarla birlikdə helikopter qəzasında şəhid olan nümayəndə heyəti ilə bağlı keçirilən anım mərasimində deyib: “Seyid İbrahim Rəisi ölkə, region və dünya üçün çətin bir dövrdə İrana rəhbərlik etdi.”

Az.rasthaber.com xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş cümə axşamı günü İran Prezidenti, Xarici İşlər naziri və onlarla birlikdə helikopter qəzasında şəhid olan nümayəndə heyəti ilə bağlı keçirilən anım mərasimində deyib: “Mayın 19-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti, o cümlədən Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və digər yeddi nəfərin həyatına son qoyan ürəkağrıdan hadisədən cəmi bir neçə gün sonra toplaşırıq.”

Quterreş əlavə edib: “Fürsətdən istifadə edərək mərhumların ailələrinə, İran İslam Respublikası hökuməti və xalqına başsağlığı verirəm.”

Xəbəri paylaş

VİDEOLAR