BMT Baş katibi İsrailə xəbərdarlıq edib

BMT Baş katibi İsrailə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzza zolağının Rəfah şəhərinə hücum etməyə hazırlaşan İsrailə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Antonio Quterres bu barədə BMT Baş Assambleyasındakı çıxışında bildirib.
Dünyada sülh üçün hər şeydən əvvəl təzyiq edilməli olduğunu deyən Antonio Quterreş Qəzzadakı vəziyyətin sağalmayan və bütün bölgəni təhdid edən bir yara olduğunu bildirib.
“Həmasın oktyabrın 7-də törətdiyi hücumlara heç nə haqq qazandıra bilməz” deyən Antonio Quterreş bildirib ki, Fələstin xalqının da kollektiv şəkildə cəzalandırılmasına heç nə haqq qazandıra bilməz.
Baş katib Antonio Quterreş deyib:"İsrailin Rəfaha doğru hərəkət edəcəyi ilə bağlı yayılan xəbərlərə görə narahatam. Yüz minlərlə fələstinli burada ümidsiz təhlükəsizlik axtarışında tələyə düşüb. Belə bir hərəkət onsuz da mövcud olan humanitar kabusu ciddi şəkildə böyüdəcək və təsvirolunmaz regional nəticələrə gətirib çıxaracaq. Qəzzada təcili olaraq humanitar atəşkəs təmin edilməli və bütün əsirlər qeyd-şərtsiz azad edilməlidir" .
BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland da İsrailin Rəfaha hücuma hazırlığı ilə bağlı deyib:
"İsraillilər vəziyyəti çox yaxşı bilsələr də, 1,2 milyon insanın yaşadığı Rəfahda fəal şəkildə müharibə planlaşdırırlar. Bura humanitar yardım üçün iki giriş nöqtəsindən biridir. İsrailin Rəfaha hücumu tam fəlakət olardı. Cəhənnəmin ortasındakı insanlara təhlükəsiz bir yerdən ümid vermək asan deyil".

Xəbəri paylaş

VİDEOLAR