Birləşmiş Millətlər Təşkilatı Myanma hökumətinin Arakan müsəlmanlarına qarşı insan haqqları pozuntularını kəskin şəkildə qınayan qərar qəbul etdi.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, BMT Baş Assambleyasında dekabrın 27-də keçirilən səsvermədə sözügedən mövzu ilə bağlı qərar üçün 134 ölkənin təmsilçisi lehinə, 9 ölkə isə əleyhinə səs verib.
Myanma hökumətinin, başda Arakan müsəlmanları olmaqla, bölgədəki azlıqlara qarşı işgəncə, təcavüz və qanunsuz həbs tətbiqlərini tənqid edən qərarda ölkə bu mövzularda lazımi tədbirlər görməyə çağırılır.
BMT bu qərarı ilə Myanmanın insan haqqları pozuntularına qarşı mövqeyini ortaya qoymuş olub.
Qeyd edək ki, Haaqa şəhərində yerləşən Beynəlxalq Cəza Məhkəməsi Prokurorluğu ötən həftə Myanma hökumətinin törətdiyi insanlıq cinayətləri ilə əlaqədar keçən il başlanılan ilkin araşdırmanı tamamlamış və istintaqa başlamışdı.