BMT 2022-ci ildəki qaçqınların sayını açıqladı

BMT 2022-ci ildəki qaçqınların sayını açıqladı

BMT 2022-ci ildəki qaçqınların sayını açıqlayıb.

Az.rasthaber.com-un verdiyi xəbərə görə, ötən il müharibə və silahlı münaqişələr səbəbindən qaçqınların sayı 100 milyona çatıb, 115 milyondan çox insan kəskin aclıqla üzləşib.

Ötən il müharibə və silahlı münaqişələr səbəbindən qaçqınların sayı 100 milyona çatıb, 115 milyondan çox insan kəskin aclıqla üzləşib.

BMT-nin Baş katibi Antonio Quterreş bu barədə Təhlükəsizlik Şurasının silahlı münaqişə zonalarında mülki əhalinin müdafiəsinə həsr olunmuş iclasında deyib.

A.Quterreş müharibə və münaqişələrin zəruri məhsulların qiymətinin bahalaşmasına, aclığa və dünyanın müxtəlif regionlarında ərzaq təhlükəsizliyi sahəsində problemlərə səbəb olduğunu xatırladıb. O, Rusiyanın Ukraynaya təcavüzünün bütün dünyada qida məhsullarının, enerjinin və gübrənin qiymətinin qalxmasını buna əyani misal göstərib.

Baş katib deyib ki, ötən ilin noyabrında əhalinin məskunlaşdığı ərazilərdə partlayıcı sursatlardan istifadənin məhdudlaşdırılması və dinc sakinlərin müdafiəsi ilə bağlı bəyannamə qəbul edilib. Mən bütün dövlətləri bu bəyannaməyə qoşulmağa və onu reallaşdırmağa çağırıram.

Xəbəri paylaş

VİDEOLAR