BMT: 2021-ci ildə beynəlxalq ticarətin həcmi rekord səviyyəyə çatıb

BMT: 2021-ci ildə beynəlxalq ticarətin həcmi rekord səviyyəyə çatıb

2021-ci ildə beynəlxalq ticarətin həcmi 2020-ci illə müqayisədə 25 faiz artaraq rekord səviyyəyə - 28,5 trilyon dollarla çatıb. Bu, həmçinin 2019-cu ildə qeydə alınan göstəricidən 13 faiz çoxdur. Lakin cari ilin ilk rübündə bu sahədə artım templərinin zəifləyərək 2021-ci ilin dördüncü kvartalı ilə oxşar səviyyədə olacağı gözlənilir.

Az.rasthaber.com AZƏRTAC istinadən xəbər verir ki, bu məlumatlar BMT-nin ticarət və inkişaf konfransının Cenevrədə dərc olunan hesabatında yer alıb.

Ekspertlərin fikrincə, ötən il “beynəlxalq ticarətdəki müsbət tendensiya” əsasən xammalın qiymətinin artması, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və iqtisadi stimullaşdırma paketləri sayəsində tələbin bərpası ilə bağlı olub. Cari ildə beynəlxalq ticarət bir sıra amillərdən, xüsusən Birləşmiş Ştatlarda inflyasiyadan və Çində daşınmaz əmlak sektorunun vəziyyəti ilə bağlı narahatlıqdan asılı olacaq.

Sənəd müəlliflərinin sözlərinə görə, pandemiya “ticarət zəncirlərinə güclü təzyiq” göstərib. Təchizatda fasilələr, yarımkeçirici qıtlığı və artan enerji qiymətləri çatdırılma sahəsində çatışmazlıqlar və daşınma xərclərinin sürətlə artması ilə nəticələnib.

Xəbəri paylaş

VİDEOLAR