BMT: 11 milyon nigeriyalının humanitar yardıma ehtiyacı var

BMT: 11 milyon nigeriyalının humanitar yardıma ehtiyacı var

Terrorçuluq təzahürlərinin və silahlı dəstələrin fəaliyyətinin fonunda Nigeriyada azı 11 milyon insanın təcili humanitar yardıma ehtiyacı var.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-in Nigeriya üzrə humanitar əməliyyatları koordinatoru Edvard Kallon bildirib.

O xatırladıb ki, Nigeriya Əfqanıtan və İraqdan sonra terror təhlükəsinə görə 3-cü yerdədir.

Qeyd edilib ki, buna görə yüzminlərlə insan məcburi köçkünə çevrilib.

Bildirilib ki, 20 mindən çox dinc nigeriyalı da “Boko Haram” terror təşkilatının qurbanına çevrilib.

Xəbəri paylaş

VİDEOLAR