ABŞ dövlət katibi Antoni Blinken işğalçı İsrailin "müdafiə" naziri Yoav Qalantla telefon danışığı zamanı sionist rejimi Qəzza zolağında təcili atəşkəsə çağırıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
Dövlət katibi Qəzza zolağında girovların azad edilməsinə, humanitar yardımın artırılmasına imkan verəcək və daha geniş regional sabitlik üçün şərait yaradan atəşkəsə nail olunmasının təcili zəruriliyini vurğulayıb.
Miller, Blinkenin Qalanta eskalasiyanın hər iki tərəfin maraqlarına uyğun olmadığını çatdırdığını deyib.