Fələstinin "İslami Cihad" hərəkatının siyasi bürosunun üzvü Şeyx Nafiz deyib
Rasthaber Azərbaycan Eastnews-a istinadən verdiyi xəbərə görə, Fələstinin "İslami Cihad" hərəkatının siyasi bürosunun üzvü Şeyx Nafiz İzam ABŞ Xarici İşlər naziri Mayk Pompeonun işğal altındakı Fələstin torpaqlarına səfər etməsinə münasibət bildirib.
O, açıqlamasında vurğulayıb ki, ABŞ-ın əsas məqsədi Fələstin məsələsinin unutdurulması və Fələstin xalqının məğlub olmasıdır.
"Fələstin xalqı haqlarına bağlı qalacaq. Biz təzyiqlərə və hücumlara məğlub olmayacağıq", - deyə Şeyx Hafiz İzam diqqətə çatdırıb.
Şeyx Hafiz İzam qeyd edib ki, Mayk Pompeonun səfəri Fələstin xalqının iradəsini qıra bilməz.