Bu barədə Əfqanıstan prezidenti Əşrəf Qəni parlamentdəki çıxışı zamanı bəyan edib.
Rasthaber Azərbaycan xəbər verir ki, hazırda Əfqanıstanın həmişəkindən də çox birliyinə ehtiyacı var.
Bu barədə Əfqanıstan prezidenti Əşrəf Qəni parlamentdəki çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, “Taliban” terror təşkilatı sülhün əldə edilməsi və danışıqların aparılması məsələsində iradə göstərmir, eyni zamanda da Əfqanıstan hökuməti böyük güzəştlərə gedib və bu istiqamətdə mühüm addımlar atıb.
Qəni qeyd edib ki, hökumət üçün prioritet ölkədə sülhün təmin edilməsidir, lakin “Taliban” və onun müttəfiqləri öz sözlər və rəftarında səmimi deyil.
Əfqanıstan prezidenti deyib ki, hazırda ölkə misli görülməmiş terrorçuluq təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, yalnız möhmək birlik bu təhdidlərlə mübarizə aparmağa və hərbi vəziyyəti dəyişməyə kömək edə bilər.
“Hazırda bir-birimizi ləkələmək vaxtı deyil. Əksinə, bu gün bizim həmişəkindən də çox birliyə ehtiyacımız var”, – deyə Qəni bildirib.
O, əlavə edib ki, Əfqanıstan rəhbərliyi heç kimin qarşısında boyun əymək niyyətində deyil.
“Taliblər” ya danışıqlar masası ətrafında əyləşəcəklər, ya da biz döyüş meydanında onları diz çökdürəcəyik. Biz öz seçimimizi etmişik. İndi isə “taliblər” öz seçimlərini etməlidirlər”, – deyə o, qeyd edib.