Fələstinli Şəhid və Əsir Ailələrinin Milli Assambleyası və araşdırma mərkəzi açıqlama yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Fələstinli Şəhid və Əsir Ailələrinin Milli Assambleyası bir bəyanatda bildirib ki, 2019-cu ildə sionist hərbçilər tərəfindən Qəzza zolağı, İordan çayının qərb sahili və işğal edilmiş Qüdsdə 149 fələstinli şəhid edilib.
Fələstinli Şəhid və Əsir Ailələrinin Milli Assambleyası dünən bu statistikanı verərək, qeyd edib ki, həmin şəhidlərdən otuz üç nəfər uşaqdır.
Məlumata görə, fələstinlilərdən 112 nəfər Qəzza zolağında şəhid edilib.
Digər statistikaya görə, Fələstin Əsirlərlə bağlı Araşdırma Mərkəzi 1 ildə 5500 fələstinlinin həbs edildiyini, onlardan 880 nəfərin yeniyetmə və uşaq, 153 nəfərinin isə qadın və qız olduğunu bildirib.
2019-da ən çox həbs Qüdsdə olub. Belə ki, İsrail 1930 nəfəri həbs edib.
Qəzzadan isə 154 nəfərin həbs olunduğu Mərkəzin statistik məlumatında əksini tapıb.