Prezident Biləsuvarın icra başçısını vəzifədən azad edib
Prezident İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, bəzi KİV M.Quliyevin DTX tərəfindən həbs edildiyini bildirmiş, lakin hələ ki, xəbər nə təsdiq, nə də təkzib edilməyib.