Bəhreyndə minlərlə siyasi məhbusun həyatı koronavirusa görə təhlükədədir

Bəhreyndə minlərlə siyasi məhbusun həyatı koronavirusa görə təhlükədədir

Bəhreyndəki xarici işçilər arasında yayılan koronavirus infeksiyasına görə siyasi məhbuslarla bağlı narahatlıqlar artıb.

 Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreyn İslam Hərəkatının lideri  Ayətullah İsa Qasim ölkədəki siyasi məhbusların sərbəst buraxılmasını tələb edərək bu mövzuda heç bir bəhanə qəbul edilməyəcəyini bildirib.

Bəhreyndəki xarici işçilər arasında yayılan koronavirus infeksiyasına görə siyasi məhbuslarla bağlı narahatlıqlar artıb.

Bu narahatlıqlara səbəb isə ölkədəki polislər və həbsxana işçilərinin əksəriyyətinin bəhreynli olmaması və binalarda sıx şəkildə, birlikdə yaşamaları həqiqətidir. Bu faktlar insanlar arasında koronavirusun yayılmasının əsas səbəbidir və virus həbsxana işçilərinin giriş-çıxış zamanı yayılma prosesini artıra bilər.

Bəhreyn İslam Hərəkatının lideri Ayətullah Şeyx İsa Qasim, minlərlə siyasi məhbusun həyatını təhdid edən bu durumla bağlı xəbərdarlıq edərək, məhbusların azad edilməsini tələb edib.

Xəbəri paylaş

VİDEOLAR