Yüzlərlə Bəhreyn vətəndaşı Ayətullah İsa Qasımla həmrəylik nümayişi keçirmək və dinc sakinlərin öldürülməsini pisləmək üçün əl-Fəda əl-Deraz meydanına toplaşıb.
Az.rasthaber.com xəbər verir ki, Bəhreynlilər Əl-Deraz qətliamının ildönümündə Manama yaxınlığındakı Əl-Fəda əl-Deraz meydanında böyük izdihamla Bəhreyn İslam Hərəkatının lideri Ayətullah İsa Qasımla həmrəy olduqlarını bildirib.
Nümayişçilər inqilabi şüarlar səsləndirməklə Ayətullah İsa Qasimin və Bəhreyn şəhidlərinin yolunu davam etdirəcəklərini və hakim rejimə qarşı mübarizələrinə davam edərək, bütün siyasi və ideoloji məhbusların azad edilməsini tələb edəcəklərini bəyan ediblər.
Nümayişçilər həmçinin öz müqəddəratını təyinetmə hüququ uğrunda xalq hərəkatının davam etdirilməsinin və bütün Bəhreyn xalqı üçün yeni, demokratik və ədalət yönümlü siyasi sistemin qurulmasının zəruriliyini bildiriblər.
Xatırladaq ki, 23 may 2017-ci ildə, Ali-Xəlifə rejiminə bağlı dəstələr və Bəhreyn Daxili İşlər Nazirliyinə bağlı qüvvələr Ayətullah İsa Qasimin evinin yaxınlığındakı Əl-Fəda əl-Deraz meydanında nümayişçilərə hücum etmiş, 5 mülki vətəndaşı öldürmüş, onlarla insan yaralanmış və yenə onlarla insanı həbs etmişdi.