Bəhreyn Milli Birlik Cəmiyyətinin baş katibinin müavini vurğulayıb ki, Bəhreyn xalqı yekdilliklə sionist rejimlə münasibətlərin normallaşmasına qarşıdır.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Bəhreyn Milli Birlik Cəmiyyətinin baş katibinin müavini Şeyx Hüseyn əl-Diyahi, BƏƏ ilə Bəhreyn və Sionist rejim arasındakı son sazişləri Fələstin xalqının yanında olmayan rejimlərin maskasını götürmək kimi təsvir edib, Bəhreyn xalqının yekdilliklə sionist rejimlə münasibətlərin normallaşmasına müxalifətini vurğulayıb.
Şeyx Hüseyn əl-Diyahi bu gün Qəzzanin ümum xalq qəzəb və aksiya günündə, Bəhreyn, BƏƏ və sionistlər arasında alçaldıcı sazişin imzalanmasına etiraz olaraq, Fələstini müdafiə etmək üçün davam edən mübarizəni dəstəklədi və Coğrafi məsafənin böyük olmasına baxmayaraq, təyinatin sabitliyi və hədəfin açıq olduğunu vurğulayıb.