Bəhreyn kralı Həmed bin İsa Əl Xəlifə Suriya prezidenti Bəşər Əsədi may ayında keçiriləcək Ərəb Liqasının Sammitində iştirak etməyə dəvət edib.
Az.rasthaber.com xəbər verir ki, Bəhreyn xəbər agentliyi BNA-nın məlumatına görə, kral Əl-Xəlifə Bəşər Əsədə məktub yazıb.
Bəhreyn kralı məktubunda Əsədi mayın 16-da ölkəsində keçiriləcək Ərəb Liqasının 33-cü Sammitinə dəvət edib.
Bəhreynin Dəməşq səfiri Vahid Mübarək Seyyar Əl-Xəlifənin məktubunu Əsədə çatdırıb.
Suriya prezidenti ötən il Səudiyyə Ərəbistanında keçirilən Ərəb Liqasının Sammitində iştirak edib.