Bəhreyn İsveçə nota verib

Bəhreyn İsveçə nota verib

Bəhreyn Xarici İşlər Nazirliyi Stokholmun hər iki ölkədəki maraqlarını təmsil edən İsveçin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) müvəqqəti işlər vəkilini Quranın yandırılması aksiyasına etiraz notası vermək üçün çağırıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Bəhreyn İsveç hakimiyyətini "Stokholmun mərkəzində polis mühafizəsi altında ekstremistlərə Qurani-Kərimi yandırmağa və təhqir etməyə icazə verməkdə" qınayıb. Agentlik həmçinin nifrət və düşmənçiliyin qızışdırılmasına şərait yaradan aksiyaların keçirilməsini məhdudlaşdırmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR