Bəhreyn hökuməti ölkə vətəndaşlarının Ərbəin yürüşündə iştirakına mane olur

Bəhreyn hökuməti ölkə vətəndaşlarının Ərbəin yürüşündə iştirakına mane olur

Bəhreyn rəsmiləri Bəhreyn Üləması İslam Şurasının sədri Ayətullah Seyid Məcid əl-Məşəlin İmam Hüseynin (ə) Ərbəin mərasimlərində iştirak etmək üçün İraqa getməsinə mane olub.

Az.rasthaber.com xəbər verir ki, Əl-Malumə xəbər saytının məlumatına görə, ötən ay Bəhreyn hökuməti yüzlərlə bəhreynlinin İraq, İran və digər ölkələrdəki müqəddəs ziyarətgahları hava, quru və ya dəniz yolu ilə ziyarət etməsinə mane olub.

Ötən illərdə Manama hökuməti koronovirusun yayılmasını bəhanə edərək, ölkə vətəndaşlarının İraq və İrana səfərlərinin, eləcə də müxtəlif dini mərasimlərdə iştirakının qarşısını alıb.

Bundan əlavə, əhalisinin əksəriyyətinin şiə müsəlmanlar olmasına baxmayaraq, Bəhreyn hökuməti ölkə daxilində dini və əzadarlıq mərasimlərini qadağan etmək və məhdudlaşdırmaq ilə bağlı uzun tarixə malikdir.

Xəbəri paylaş

VİDEOLAR