Beyrutda sionist İsrailin hücumlarında ölənlərin sayı artıb.
Az.rasthaber.com xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi İsrailin hava qüvvələrinin paytaxt Beyruta təşkil etdiyi hücumda 3-ü uşaq, 7-si qadın olmaqla 31-ə yüksəldiyini açıqlayıb.
Livanın səhiyyə naziri Firas əl-Ebyad Beyrutda məsələ ilə bağlı mətbuat konfransı keçirib. Ebyad, qatil İsrailin paytaxt Beyruta həyata keçirdiyi hava hücumunda 3-ü uşaq, 7-si qadın olmaqla 31-ə yüksəldiyini, 68 nəfərin yaralandığını bildirib. Səhiyyə naziri Ebyad hələ də şəxsiyyəti məlum olmayan şəhidlərin olduğunu və sionist İsrailin son hücumlarında yaralananlar üzərində 2 mindən çox cərrahi əməliyyat etdiklərini bildirib.