Beyrutda güclü partlayış baş verib – VİDEO

Beyrutda güclü partlayış baş verib – VİDEO

Livan paytaxtı Beyrutda güclü partlayış baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki,  “Aljazeera” telekanalı partlayışın partlayıcı maddə anbarında Beyrut Limanında baş verdiyini bildirib. Partlayış zamanı ölən və yaralananların olduğu önə çəkilir. Partlayışın gücündən titrəmənin ətraf rayonlarda da hiss edildiyi qeyd edilir.

İsrail tərəfi bəzi KİV-nin bir müddət əvvəl qırıcı hücumları ilə bağlı məlumatını təkzib edib və partlayışın onlarla əlaqəli olmadığını bildirib.

Livanın bəzi telekanalları partlayışın Livanın sabiq baş naziri Saad Həririnin evi yaxınlığında olduğunu bildirib.

Sabiq baş nazirin xəsarət almadığı vurğulanır.

Xəbəri paylaş

VİDEOLAR