Beyrut limanında təhlükəli maddələrin olduğu 79 konteyner aşkar edildi

Beyrut limanında təhlükəli maddələrin olduğu 79 konteyner aşkar edildi

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Rasthaber  xəbər verir ki, Livan hərbçiləri güclü partlayışın baş verdiyi Beyrut dəniz limanının ərazisində içərisində təhlükəli kimyəvi preparatların olduğu 79 konteyner aşkar edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, mühəndis qüvvələrinin xüsusi dəstəsi fransalı mütəxəssis qrupu ilə birlikdə 14-22 avqust tarixlərində potensial təhlükəli kimyəvi maddələrin olduğu 25 konteyner aşkar edib, daha sonra isə əlavə 54 konteyner də tapılıb.

Hərbçilər, kimyəvi maddələrin sızmasının həyat üçün təhlükəli olduğunu nəzərə alaraq, bütün lazımi ehtiyat tədbirlərini görüblər.

Xatırladaq ki, 4 avqustda Beyrut limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 160-dan çox insan həyatını itirib, 5 mindən çox insan isə xəsarət alıb. Partlayışa səbəb isə düzgün şəraitdə saxlanılmayan 2750 ton Ammonium nitrat maddəsi olub.

Xəbəri paylaş

VİDEOLAR