Yanğının səbəbi müəyyən edilir.
Rasthaber xəbər verir ki, Beyrut limanında şin və maşın yağları anbarlarında böyük yanğın başlayıb.
Qeyd edilir ki, hadisə yerində yanğınsöndürənlər işləyir.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Yanğının səbəbi müəyyən edilir.
Bildirilir ki, sıx qara tüstü limandan 3 km uzaqlıqda görsənir.
Xatırladaq ki, 4 avqustda Livan paytaxtında güclü partlayış baş verib. 190 insan həyatını itirib, 6,5 mindən çox insan yaralanıb, ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib.
#Beirut is on fire again pic.twitter.com/fjyxcVTuMx
— Old Holborn® (@Holbornlolz) September 10, 2020