Beynәlxalq qüvvәlәr Әfqanıstanın paytaxtı Kabilә 50 kilometr mәsafәdә yerlәşәn Baqram aviabazasını tәrk edib.
Rassthaber Azərbaycan xəbər verir ki, bu barәdә ‘‘Reuters’’ xәbәr agentliyi mәlumat yayıb. Amerika Birlәşmiş Ştatlarının Müdafiә Nazirliyinin bir rәsmisinә istinadәn yayılan xәbәrә görә, bütün xarici hәrbi qüvvәlәr Әfqanıstandakı Baqram aviabazasından çıxıb.
Xatırladaq ki, Almaniya vә İtaliya Әfqanıstandakı hәrbçilәrinin ölkәdәn çıxdığını açıqlamışdı.
Amerika Birlәşmiş Ştatları da Әfqanıstandakı hәrbçilәrinin 50 faizinin ölkәdәn çıxdığını bildirmişdi.