Beynəlxalq Amnistiya Təşkilatından Qəzzadakı soyqırımla bağlı XƏBƏRDARLIQ

Beynəlxalq Amnistiya Təşkilatından Qəzzadakı soyqırımla bağlı XƏBƏRDARLIQ

Beynəlxalq Amnistiya Təşkilatı sionist rejimin Qəzzada törətdiyi soyqırımın bəzi narahatedici əlamətləri ilə bağlı ciddi xəbərdarlıq edir.

Az.rasthaber.org xəbər verir ki, İsrailin Qəzza zolağında ən qəddar hərbi əməliyyatının başlamasından 109 gün sonra Beynəlxalq Amnistiya Təşkilatı, bu bölgədə "soyqırım əlamətləri" barədə xəbərdarlıq edib.

“Middle East Monitor” nəşrinin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Burrelə ünvanladığı məktubda bildirib ki, İsrailin Fələstinlilərə qarşı soyqırım törətməsinin qarşısını almaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə çıxaran Cənubi Afrikanın fikri ilə həmfikirdir.

Xəbəri paylaş

VİDEOLAR