İlahiyyatçı alim, yazar Şeyx Səbahətdin Türkyılmaz 20 Yanvar qətliamı ilə bağlı fikirlərini bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Berlin İmam Rza Mərkəzinin rəhbəri, ilahiyyatçı alim, yazar Şeyx Səbahətdin Türkyılmaz 20 Yanvar qətliamı ilə bağlı fikirlərini bildirib.
Özünün sosial şəbəkə səhifəsində ilahiyyatçı yazar yazır:
“20 Yanvar 1990-cı ildə imperialist güclərdən biri olan Sovet İttifaqının bölgədəki kuklası ilə birlikdə Azərbaycanda həyata keçirdiyi qətliamı kədərli qəlblər, yaşlı gözlərlə anaraq şiddətlə qınayırıq.
Şəhidlərin qanları o torpaqların azadlığı və müstəqilliyi üçün fəda edilən ən qiymətli və müqəddəs damlalardır.
Azərbaycanın ədalət, azadlıq və suverenliyi üçün mübarizə edən igidlər bu şəhidlərin adlarının unudulmasına izin verməməlidirlər.
Eyni zamanda Qərbyönlü və onlara nökərlik edən siyasətçilər tərəfindən sui-istifadə edilməsinə də icazə verilməməlidir.
Bir cəmiyyətin Şəhidlərinin adları yaşadıqca o cəmiyyət izzətli və şərəfli yaşayar.
Bu yolla, Şəhidlərin mesajı gələcək nəsillərə çatdırılmış olar.
Zalimlərə qarşı mübarizə və müqavimət mədəniyyəti Şəhadət Mədəniyyətilə davam edər.
20 Yanvar şəhidlərini anmaq, onları unutmamaq imerial və tağutlara qarşı mübarizə, müqavimət və şəhadət mədəniyyətini yaşatmaqla olur.
Allah bütün şəhidlərimizi Kərbəla şəhidlərilə məhşur etsin!"