Berlində sionistlər və İranlı münafiqlər şəhidlər gecəsinə hücum etmək istədi - FOTO

Berlində sionistlər və İranlı münafiqlər şəhidlər gecəsinə hücum etmək istədi - FOTO

Berlin "İmam Rza Mərkəzi"ndə təşkil ediləcək mərasimə İsrailli sionistlər və iranlı münafiq qrupu hücum etmək istəyib

Berlin "İmam Rza Mərkəzi"ndə təşkil ediləcək mərasimə İsrailli sionistlər və iranlı münafiq qrupu hücum etmək istəyib.
Rasthaber Berlindən xəbər verir ki, Berlin "İmam Rza Mərkəzi"nin "Şəhidləri gecəsi" mərasimilə bağlı sosial mediadakı anonsu sionistlərin təsirindəki yerli media və çevrələr tərəfindən yayılıb.
İstər sionistlərin. istərsə də yerli medianın yalan təbliğatı və təzyiqlərinə baxmayaraq mərasim dünən keçirilib.
Mərasimdən öncə isə məscidin yaxınlığında bir qrup sionist İsrail bayrağı və İranda minlərlə insanı qətlə yetirən terrorçu qruplaşma olan "Münafiqun" təşkilatının bayrağı ilə müsəlmanlara hücum etmək istəyib.
Polislərin səddi və təhlükəsizliyi diqqətdə saxlaması qarşıdurmanın baş verməsinin qarşısını alıb.
Məscidin İmamı, Şeyx Səbahətdin Türkyılmaz Xanım Zəhranın (s.ə) şəhadəti münasibətilə ziyarətnaməni oxuduqdan sonra, təzyiq və yalan təxribat təbliğatına baxmayaraq müsəlmanların məscidə sahib çıxmasını və mərasimə gəlməsinə görə təşəkkürünü bildirib və bu addımın təqdirəlayiq olduğunu bildirib.
Bu gün isə sionist media növbəti təxribatına imza atıb.
Media etik qaydalarına əməl etməyən bəzi KİV "Şəhidləri yad etmə" mərasimi, şəhidlər gecəsini "terrorçuların yad edilməsi" olaraq bu gün yayıblar.
İmam Rza Mərkəzinin Süleymani və Əl-Mühəndisə sosial mediada başsağlığı verməsi də bir neçə qəzet və onlayn media tərəfindən yayımlanıb.

Xəbəri paylaş

VİDEOLAR