Berlində Fələstinə dəstək nümayişində 60-a yaxın şəxs saxlanılıb

Berlində Fələstinə dəstək nümayişində 60-a yaxın şəxs saxlanılıb

Berlin polisi şənbə günü Almaniya paytaxtının mərkəzində Fələstini dəstəkləyən nümayiş zamanı 59 nəfəri saxlayıb.

Az.rasthaber.com APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Bild am Sonntag” qəzeti yazır.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişin qaydalarını pozduqlarına, o cümlədən qaldırdıqları plakatlara görə fəalları saxlayıblar və onlardan bir neçəsi üsyana və nifrətin qızışdırılmasına səbəb olmaqda ittiham edilib.

Polisin hesablamalarına görə, şənbə günü keçirilən etiraz aksiyasında 8 min 500-ə yaxın insan iştirak edib.

Onlar əllərində Fələstin bayraqları, Fələstini dəstəkləyən ənənəvi yazılar olan plakatlar və bannerlər tutublar.

Xəbəri paylaş

VİDEOLAR