Bennet: İsrail dağılmaq ərəfəsindədir

Bennet: İsrail dağılmaq ərəfəsindədir

"Biz parçalanma təhlükəsi ilə üz-üzəyik. İsrail dağılmaq ərəfəsindədir"

Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet deyib.

Rejimin üzləşdiyi kritik və təhlükəli mərhələyə toxunan Bennet, Benyamin Netanyahu və onun əleyhdarlarını cəmiyyəti zəhərləməkdə və üsyana təhrik etməkdə ittiham edib.

Sionist nazir etiraf edib ki, İsrail əsl sınaq qarşısındadır və dağılmaq ərəfəsində olan görünməmiş bir vəziyyətlə üz-üzədir.

"Hamımız əsl sınaq qarşısındayıq. Maraqlıdır, biz ölkəmizi qoruya bilərikmi?”, - deyə o bildirib.

Son illərdə işğal olunmuş torpaqlardakı xaosa, təkrar seçkilərə və kabinetin iflic vəziyyətinə düşməsinə toxunan Bennet rejimin ən çətin anlarından birinə gəldiyini və dağılma təhlükəsi ilə üz-üzə olduğunu əlavə edib.

Qeyd edək ki, sionist mediasının ötən ay keçirdiyi sorğuya əsasən, vətəndaşların 69 faizi İsrailin taleyindən narahatdır, 66 faizi isə İsrail polisinə etibar etmir.

Xəbəri paylaş

VİDEOLAR