Sionist rejimin daxili təhlükəsizlik naziri etiraf edib ki, HƏMAS ilə razılaşma Yəhya Senvar və HƏMAS-a təslim olmaqdır.
Az.rasthaber.com xəbər verir ki, çərşənbə günü sosial şəbəkədə dərc etdiyi yazıda o, HƏMAS ilə razılaşmanı sərt tənqid edib və bunu "tənliyi dəyişən və başqa insidentlərə səbəb ola biləcək təhlükəli hərəkət" adlandırıb.
Ben Qafir, razılaşmanın bəzi israilli uşaq və qadınların evlərinə qayıtmasına imkan yaradan faydaları olduğunu etiraf etməklə yanaşı, onların hamısının geri qaytarılmasının vacibliyini vurğulayıb.
ifratçı siyasətçi iddia edib ki, HƏMAS atəşkəsə böyük ümid bəsləyir, çünki bu, onlara yenidən birləşmək və razılaşmada göstərilən lazımi yanacağı almaq imkanı verir.