Ben Qvir: İsrail üçün Tramp Baydendən yaxşıdır

Ben Qvir: İsrail üçün Tramp Baydendən yaxşıdır

Netanyahu kabinetinin naziri Bayden administrasiyasının İsrailin müharibə səylərini pozduğunu iddia edir!

Az.rasthaber.com xəbər verir ki, Qəzza müharibəsinin ilk günündən bəri ABŞ-ın İsrailə hərtərəfli dəstək verdiyi və BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə atəşkəsi əngəllədiyi bir vəziyyətdə Netanyahu kabinetinin naziri Bayden administrasiyasının İsrailin müharibə səylərini pozduğunu iddia edir!

"İsrailin müharibəsini tam dəstəkləmək əvəzinə, Bayden Qəzzaya humanitar yardım göstərməklə məşğuldur".

Bu iddia ilə İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben Qover çıxış edib.

Kabinetə qatıldıqdan sonra Wall Street Journala verdiyi ilk müsahibəsində o, HƏMAS-ın tam məğlubiyyətindən əvvəl Qəzza müharibəsinə son qoyulması müqabilində minlərlə fələstinli əsirlərin azad edilməsinə əsaslanan istənilən razılaşmanın əleyhinə olduğunu bildirib.

Bu sionist nazir iddia edir ki, Tramp İsrail üçün Baydendən daha yaxşıdır və o, prezident olsaydı, HƏMAS-ı sıxışdırmaq üçün İsrailə daha çox fəaliyyət azadlığı verərdi.

Xəbəri paylaş

VİDEOLAR