Belçika hökuməti həbsxanada cəza çəkən iranlı diplomatı azad etməyə razıdır.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Tehranda mətbuat konfransı keçirən Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi bildirib.
Qeyd edək ki, Brüsseldə diplomatik akkreditasiya almış Əsədullah Əsədi Fransada terror aktı hazırlamaqda ittiham edilərək 2021-ci ilin fevralında Belçika məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum edilib.
Məhkəmə dinləmələri zamanı iddia irəli sürülüb ki, iranlı diplomat və onunla birlikdə 3 şəxs ABŞ-ın dəstəklədiyi Xalqın Mücahidləri Təşkilatı adlı əks-inqilabçı müxalifət qrupunun Paris yaxınlığında nümayiş keçirdiyi zaman bomba partlatmaq niyyətində olub.
Əsədi isə öz növbəsində ona qarşı irəli sürülən bütün ittihamları rədd edib, məhkəmə iclaslarında iştirak etməyib və hökm çıxarılandan sonra məhkəmə qərarından apellyasiya şikayəti verməyib və buna səbəb kimi diplomatik toxunulmazlığını göstərib.