Lukaşenko respuklika referendumu keçirərək ölkə konstitusiyasını dəyişmək niyyətində olduğunu təsdiqləyib.
Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko respuklika referendumu keçirərək ölkə konstitusiyasını dəyişmək niyyətində olduğunu təsdiqləyib.
“Bizim Belarusumuz dəyişdikcə, biz də dəyişirdik. Belarusların ölkə taleyinin məsuliyyətini öz üzərinə götürmək hazırlığı göz qabağındadır. Bu məsuliyyətin dərəcəsini isə xalq özü müəyyən edəcək. Lakin qanun çərçivəsində! Küçə və meydanlarda yox, hüquqi müstəvidə. Gəlin, konstitusiyadan başlayaq”, – deyə Lukaşenkonun seçkiqabağı proqramında deyilir.
O qeyd edib ki, belaruslar ümumxalq müzakirələri zamanı öz hüquq, azadlıq və vəzifələrini, həmçinin dövlət hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən edəcəklər.
Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçiriləcək. Prezidentlik kürsüsünə 5 namizəd var.