Belarus Avropa İttifaqı ilə viza rejimini sadələşdirdi

Belarus Avropa İttifaqı ilə viza rejimini sadələşdirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş imzalayıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, müvafiq sənədlər Belarusun milli qanunlar portalında yerləşdirilib.

"Belarus və Avropa İttifaqı arasında viza verilməsinin sadələşdirilməsi haqqında 2020-ci il yanvarın 8-də Brüsseldə imzalanmış Saziş ratifikasiya edilsin", - Lukaşenko tərəfindən imzalanmış qanunda deyilir.

Sazişə əsasən, ölkədə qalma müddəti 90 gün olacaq, viza rüsumu kimi 35 avro ödənilməlidir. 12 yaşadək uşaqlar, əlillər, rəsmi nümayəndə heyətlərinin üzvləri, şagirdlər, tələbələr və aspirantlar, habelə elmi, mədəni, bədii və idman fəaliyyətinin iştirakçıları və bəzi təşkilatların üzvləri rüsumdan azad ediləcəklər.

Xəbəri paylaş

VİDEOLAR