Az.Rasthaber.com xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ildə Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasının mümkünlüyünü açıqlayıb.
"Əgər İrəvan öz iradəsini nümayiş etdirib bəyanatlar verməklə yanaşı, həm də bəzi əməli addımlar atsa, hesab edirəm ki, hətta ilin sonuna qədər razılığa gəlmək potensial olaraq mümkündür", - Bayramov Reuters agentliyinə müsahibəsində bildirib.
"Niyə Ermənistanın baş nazirinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü faktiki olaraq tanıdığını deməsi iki il yarım (müharibə bitəndən sonra– red.) çəkdi?", - deyə nazir sual verib.