Baydenin qələbəsi Səud vəliəhdini qorxuya salıb

Baydenin qələbəsi Səud vəliəhdini qorxuya salıb

Camal Qaşıqçının işinə işarə edərək Əl-Səud sülaləsinin cinayətlərini aşkar edən mənbə, ABŞ-ın demokratlar partiyasından olan namizədin hakimiyyətə gəlməsini, Səudiyyə rejiminin vəliəhdi üçün ciddi təhlükə olduğunu bildirir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Muctahid adlı istifadəçi Twitter səhifəsində yeni seçilmiş ABŞ prezidenti Co Baydenin AĞ Evdə çıxışını Məhəmməd bin Salman üçün ciddi təhdid adlandırıb: "Əgər Bayden Ağ Evdə işə başlasa və hakimiyyətin cilovunu əlinə alarsa, Səudiyyə rejiminin vəliəhdi şahzadə bin Salman ciddi təhlükədə olacaq. Bayden Səudiyyə rejiminə müxalif olan jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı toplanan məlumatları dərc etmək üçün MKİ-yə əmr verə bilər. Qəribədir ki, bəzi Ərəb Körfəzi ölkələri Baydeni seçki qələbəsi münasibətilə təbrik edərkən, Vaşinqtonda böyük dəstəkçisini itirəcək Ər-Riyad hələ seçki ilə bağlı şərh vermədi."

Xəbəri paylaş

VİDEOLAR