Baydenin ilk impiçment dinləmələrinin tarixi açıqlandı

Baydenin ilk impiçment dinləmələrinin tarixi açıqlandı

ABŞ Konqresinin Nümayəndələr Palatasının Komitəsi Prezident Co Baydenə qarşı ilk impiçment dinləmələrini sentyabrın 28-də keçirmək niyyətindədir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət Komitəsinin nümayəndəsi elan edib.

ABŞ liderinin oğlu Hanter və qardaşı Ceymsin şəxsi və biznes bank sənədlərinin məhkəməyə təqdim ediləcəyi gözlənilir. Respublikaçıların fikrincə, 2009-2017-ci illərdə Bayden ölkənin vitse-prezidenti olarkən Hanterin xarici biznesindən gəlir əldə edib.

Bayden özü bütün ittihamları rədd edir. Ağ Ev rəhbəri impiçment prosesinin başlanmasına “işim var” ifadəsi ilə cavab verib.

Xəbəri paylaş

VİDEOLAR