Bayden: Müharibə davam etdiyi müddətdə Ukrayna NATO-ya üzv olmayacaq

Bayden: Müharibə davam etdiyi müddətdə Ukrayna NATO-ya üzv olmayacaq

ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibənin davam etdiyi müddətdə Ukraynanın NATO-ya üzv olmayacağını bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Bayden deyib:

“Bu, yaxın gələcəkdə baş verməyəcək. Müharibə bitənə qədər olmayacaq”.

ABŞ liderinin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrinin Ukrayna qarşısında öhdəliklərinin üzvlükdən daha vacib olduğunu bilir.

Bayden, mətbuat mənsublarının Krım probleminin həlli ehtimalı ilə bağlı sualına, "Krım vacibdir, lakin həllini gözləyən daha çox problem var", - deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR